Bakının Suraxanı rayonunda ümumi sahəsi 30 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü 20 m² sahədə yanıb.

Bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.