Goranboyda qadını avtomobil vurub.

"Unikal" xəbər verir ki, hadisə rayonun "Təzə Avtovağzal" adlanan ərazisinin yaxınlığında baş verib.

Yolu keçmək istəyən Ağcakənd qəsəbə sakini - 1980-ci il təvəllüdlü Nəzakət Ələkbərovanı avtomobil vurub.

Qadın xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Tural Əhmədov