Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin bərpasının təməl daşını qoyublar.

Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunda səfərdə olublar.