Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ-ın dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Unikal. org xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər İranın Nüvə Proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası perspektivlərini müzakirə ediblər. Həmçinin, ikitərəfli gündəliyin bir sıra aktual məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Söhbət Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.