"Nikol Paşinyan hər dəfə parlamentə girəndə Alen Simonyandan mənim necə davranacağımı soruşur". 

Unikal.org erməni  KİV-ə istinadən xəbər verir  ki, bunu  "Hayastan" fraksiyasının millət vəkili Qegam Nazaryan jurnalistlərlə söhbətində deyib.

O, bir dəfə Simonyanla görüşdüyünü və bu məsələni müzakirə etdiyini açıqlayıb: "Simonyana vəhşi olmadığımı və heç kimə hücum etməyəcəyimi söylədim". 

Qeyd edək ki, Qegam Nazaryanın oğlu 2020-ci ildə Qarabağda həlak  olub. 

Gülayə  Mecid