Rusiya kinematoqrafiya tarixində ilk dəfə kosmosda film çəkiləcək. Bununla bağlı "Вызов" (Çağırış) qrupuna uçuş icazəsi verilib.

Unikal.org  xəbər verir ki, ilk növbədə bu gün Anton Şkaplerov, aktrisa Yuliya Peresild və rejissor Klim Şipenko kosmosa uçacaq.

Heyyətin uçuşu "Союз МС-19" gəmisi ilə reallaşacaq.

Ehtiyat komanda üzvləri isə kosmonavt Oleq Artyomov, operator Aleksey Dudin və aktrisa Alyona Mordovinadır. Uçuş gəmisinin oktyabrın 17-də Yerə qayıtması planlaşdırılır.