Rusiyada son sutka ərzində daha 25 110 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org  “RİA Novosti”yə istinadən bildirir ki, ölkədə COVID-19-a yoluxanların sayı 7 637 427 nəfərə çatıb.

Ötən gün Rusiyada 895 nəfərin koronavirusdan ölüb. Ümumilikdə koronavirusdan ölənlərin sayı 211 696 nəfərə çatıb. İndiyədək 6 759 059 xəstə sağalıb.