Ermənistanda koronavirusa yoluxanların sayı 264 690-a yüksəlib.

Unikal.org xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb. Bildirilib ki, sutkalıq yoluxma sayı 907 nəfər olub.

Son sutkada ölənlərin sayı 18 nəfər olub. Koronavirusdan ölənlərin ümumi sayı isə 5 372 nəfərdir.