Türkiyənin Bursa şəhərində maraqlı hadisə baş verib.

Unikal.org  xəbər verir ki, gecə dostlarından ayrılıb, içki içərək meşəlik əraziyə gedən Beyhan Mutlunun yoxa çıxdığını öyrənən xilasetmə qrupları onun axtarışlarına başlayıblar.

Meşə sahəsində başlayan axtarışlara yerli sakinlər də qoşulub. Yerli mətbuat yazır ki, bir müddət sonra yüksək səslə itkin düşmüş şəxsin səsləməyə başlayıblar. İtkin düşən Beyhan Mutlu adının ucadan söyləndiyini eşidəndə itkin düşən şəxsin adını və soyadını soruşub. Axtarış işlərinə qatılaraq başqa bir adam axtardığını zənn edən Beyhan Mutlu "Mən burdayam" deyəndə hamı heyrətə düşüb.