Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında Anlaşma Memorandumu imzalanıb.  

Unikal.org  xəbər verir ki,  Memorandumda elmi-tədqiqat işlərinin, müştərək layihələrin hazırlanması və həyata keçirilməsi, həmçinin yüksək ixtisaslı kadrların hazırlanması və təminatı sisteminin yaxşılaşdırılması, tələbə və mütəxəssislərin İnstitutda aparılan elmi-tədqiqat işləri və tədqiqat laboratoriyaları ilə tanış edilməsinin təşkili və digər istiqamətlərdə uzunmüddətli əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Əməkdaşlıq çərçivəsində Universitetin bakalavr, magistr və doktorantura tələbələri AQTİ-nin elmi-tədqiqat işləri, təcrübə və könüllülük proqramlarına cəlb olunacaq.

Anlaşma Memorandumunun məqsədi qarşılıqlı faydalı əməkdaşlığı təşviq etmək və  ikitərəfli əməkdaşlığı gücləndirməkdir.