Ermənistanın Ararat əyalətinin üzümçüləri bu gün üzüm tədarük edən şirkətlərin bütün üzümləri qəbul etmələrini tələb edərək etiraz aksiyası keçirməyə cəhd ediblər.

Unikal.org xəbər verir ki, onlar zavodlardan üzümün hər kiloqramı üçün 120-130 dram əvəzinə 150 dram ödəmələrini tələb ediblər.

Etiraz səbəbilə sakinlər və üzümçülər İrəvan-Yerasx avtomobil yolunun Şaumyan kəndindən Taperakan kəndinə gedən hissəsini bağlayıblar. 

Polis etirazçılara qarşı zor tətbiq edərək yolun açılmasına nail olub. 

Ağarza Elçinoğlu