Türkiyəli  müğənni Simge Sağın 15 ildən sonra məzun olub. 

Unikal.org  xəbər verir ki, ötən gün İstanbul Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasını bitirən müğənni  məzun günündə mahnılarını səsləndirib.

Fotolarını instaqram hesabında paylaşan Simge gənc qızlara səslənərək onlara təhsil almağın vacib olduğunu bildirib:

"Bu foto mənim üçün çox dəyərlidir. Xüsusilə gənc qızlar, sizin üçün çox vacib mesajım var! Oxuyun, işləyin, ayaqlarınız üstə durmağı öyrənin! Onda heç kimə boyun əymək məcburiyyətində qalmayacaqsınız".

Məzuniyyət mərasimində Simgenin sevgilisi Aytaç Özgümüş və meneceri Özgür Aras da yer alıb.