Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə  onlayn qaydada vətəndaşların müraciətlərini dinləyib.

Unikal.org xəbər verir ki, müraciətlər iş yerinin dəyişdirilməsi, fərdi yaşayış evinin dam örtüyünün təmiri,  işlə təmin olunma,  müavinətlərin təyinatı ,  maddi köməklik,  eləcə də digər sosial müdafiə məsələlərini əhatə edib.

Səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.

Niyazi Bayramov vətəndaşların şikayət və təklifləri ilə bağlı onlayn qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.