İşğaldan azad edilmiş ərazilərdə ata-baba yurdlarına baş çəkmiş və həmin yerlərə getmək arzusunda olan keçmiş məcburi köçkünlər öz xatirələri və  təəssüratlarını bölüşüb.

Unikal.org xəbər verir ki, Kəlbəcərə səfər etmiş Milli Qəhrəman Şahlar Şükürovun bacısı Elmira Şükürova deyib:

“Cənab Ali Baş Komandanın, Müzəffər Azərbaycan ordusunun sayəsində biz bu gün Kəlbəcərdəyik.  Mən həm də ona görə sevincliyəm ki, Kəlbəcəri İkinci Qarabağ müharibəsində şəhid vermədən aldıq. Əgər müharibə olsaydı, Kəlbəcərdə hazırda olan şəhidlərimizin sayı qədər şəhid verərdik. Bu gün  sevincimizin həddi-hüdudu yoxdur".

Nəzərinizə çatdırırıq ki, bir qrup Kəlbəcər sakini sentyabrın 2-də Kəlbəcər şəhərinə səfər edib. Onların arasında, Milli Qəhrəman Şahlar Şükürovun, Başlıbeldə şəhid olan 13 nəfərin ailə üzvləri və tunel faciəsinin şahidləri olan şəxslər var.