Avqustun 24-də ali təhsilin magistratura səviyyəsinə qeydiyyat prosesi yekunlaşıb.

Təhsil Nazirliyindən Unikal.org-a bildirilib ki, statistik göstəricilərə əsasən, I tur üzrə 9825 nəfərin, 2-ci tur üzrə isə 643 nəfərin müraciəti ali təhsil müəssisələri tərəfindən təsdiq edilib.

Müsabiqənin nəticələrinə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılmış 11 135 yerin 92.83 %-i dolub.