Bu gün  Vətənimizin bölünməzliyi,torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, Müdafiə Nazirliyinin müdətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu  İsmayılzadə Səməndər Vahid oğlunun doğum günüdür.

Unikal.org xəbər verir ki, İsmayılzadə Səməndər Vahid oğlu 25.08.1990-cı il tarixində Yevlax rayonunda anadan olub. Daha sonra ailəsi ilə birlikdə Qaradağ rayonu Lökbatan qəsəbəsinə köçüb. 

44 günlük Vətən müharibəsində düşmənə qarşı aparılan ədalət mübarizəsində iştirak edərək,  Füzuli, Cəbrayıl, Xocəvənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 

29.10.2020-ci il tarixində qəhrəmancasına şəhid zirvəsinə  ucalıb. Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən şəhidlər xiyabanında dəfn olunub.  Müharibədə göstərdiyi rəşadətə, igidliyə görə Ali Baş Komandanın sərəncamına əsasən “Vətən uğrunda”,“Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocəvəndin azad olunmasına görə” medalları  ilə təltif edilib. 

Qaradağ rayon İcra Hakimiyyətinin başçısı,icra hakimiyyətinin vəzifəli şəxsləri, rayon ictimaiyyət nümayəndələri,din adamları şəhid İsmayılzadə Səməndər Vahid oğlunun doğum günü ilə əlaqədar olaraq şəhidin məzarını ziyarət edərək,  məzarı üzərinə əklil qoyub. Bundan sonra İcra Hakimiyyətinin rəhbər şəxsləri,rayon ictimaiyyət nümayəndələri,din adamları şəhidin evini ziyarət edib. 

Şəhid ailəsi ilə söhbət edilmiş, şəhidlərimizin əbədi ehtirama layiq olduğu bildirmişdir. Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları  ilə bağlı dövlətin mühüm tədbirlər gördüyünü diqqətə çatdırıb. Şəhidin doğum gününün televiziya vasitəsi ilə işıqlandırılması təmin edilib. 

Şəhidin anası dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını  bildirərək, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə edib.