Əgər kimsə xaricdə vaksinasiya olunubsa, sistemə düşmək üçün Səhiyyə Nazirliyinin 9103 qaynar xəttinə zəng etməlidir.

Unikal.org xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

O bildirib ki, həmin şəxsin təqdim etdiyi sənəd saxta deyilsə, adı sistemə salınacaq.