“Təkrar yoluxma faizləri çox aşağıdır. İlk yoluxma ötən ilin fevral ayında idi və say çox az idi”.

Unikal.org-un məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib. O bildirib ki, mütləq olaraq hər bir təkrar yoluxma qeydiyyata alınır.