Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.

Unikal.org  APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Ford" markalı mikroavtobusun aşması nəticəsində 4 nəfər ölüb, 10-dan artıq yaralı var.

Yaralanan sərnişinlər 1978-ci il təvəllüdlü Mahmudova Təzəgül Xaliqverdi qızı, 1999-cu il təvəllüdlü Həsənov Mehman Telman oğlu, 1966-cı il təvəllüdlü Həsənova Rəna Kamal qızı, 1972-ci il təvəllüdlü Əsgərov Elşad Abdulla oğlu, 1997-ci il təvəllüdlü Şahverdiyev Sovet Lətif oğlu, 2004-cü il təvəllüdlü Mahmudova Aytən Eyvaz qızı, 1988-ci il təvəllüdlü Əkbərova Aytən Hüseyn qızı, 1976-cı il təvəllüdlü Ağayeva Gülnarə Çərkəz qızı və 1999-cu il təvəllüdlü Bəşirova Rəna Camal qızıdır.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

19:53

xxx

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Ford" markalı mikroavtobusun aşması nəticəsində bir nəfərin öldüyü, 10-a yaxın şəxsin xəsarət aldığı bildirilir

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.(apa.az)