Azərbaycan Premyer Liqasının 2021/2022 mövsümündə də sabit maliyyə dayaqlarına malik olmaq məqsədilə “Qəbələ” ilə AFFA arasında aparılan danışıqlar və müzakirələr müsbət nəticələnib.

Unikal.org klubun rəsmi saytına istinadən xəbər verir ki, ötən mövsüm olduğu kimi, qarşıdan gələn çempionat dövründə də milli assosiasiya əyalət təmsilçisinə maddi dəstək göstərəcək.

Ayrılan maliyyə vəsaiti təkcə “Qəbələ”nin əsas komandasının Premyer Liqada çıxışını təmin etməyə deyil, eyni zamanda, akademiyanın da fəaliyyətinin dəstəklənməsinə yönəldiləcək.