Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

Unikal.org xəbər verir ki, pley-offun iştirakçıları bu matçlardan sonra bəlli olacaq.

Azərbaycan çempionu “Neftçi” səfərdə HİK-lə qarşılaşacaq. Finlandiyada keçiriləcək görüş Samir Abasovun yetirmələrinin yoluna hansı turnirdə davam edəcəyinə aydınlıq gətirəcək.

Bakıda 2:2 hesablı heç-heçə edən təmsilçimiz Avropa Liqasında qalmaq üçün qalib gəlməlidir. Heyətində itkilər də olan “ağ-qaralar” bunu ən pis halda penaltilər seriyasında gerçəkləşdirməlidir. Məğlubiyyət “Neftçi”ni Konfrans Liqasının pley-offuna daşıyacaq.

Qeyd edək ki, bu cütün qalibi Avropa Liqasının pley-offunda Türkiyə “Fənərbaxça”sı ilə görüşəcək. Məğlub komanda isə Konfrans Liqasının III təsnifat mərhələsinin “Makkabi” (Hayfa, İsrail) – HB (Farer adaları) cütünün qalibi ilə üz-üzə gələcək.