Los-Ancelesdə helikopter qəzasında qızı Cianna ilə birlikdə həlak olan əfsanəvi basketbolçu Kobe Brayantın ayaqqabısı hərraca çıxarılıb.

Unikal.org xəbər verir ki, ayaqqabını "Gotta Have Rock And Roll" onlayn auksion saytında satışa qoyub. Ayaqqabının minimum satış qiyməti 100 min dollardır. Hərracda bu qiymətin 500 min dollara qədər çıxacağı gözlənilir.

Qeyd edək ki, mərhum basketbolçu sözügedən ayaqqabını ilk dəfə 3 noyabr 1996-cı ildə Amerika Milli Basketbol Assosiasiyasının (NBA) yarışında geyinib. O, 44 ölçülü "Adidas" markasından olan ayaqqabını matçın sonunda pərəstişkarlarından birinə hədiyyə edib. Həmin şəxs bir neçə ildən sonra Kobeni hotel çıxışında tutaraq ayaqqabıları ona imzaladıb.