UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "AEL" (Kipr) matçının hakim təyinatları açıqlanıb.

Unikal.org xəbər verir ki, qarşılaşmanı Estoniyadan olan hakimlər briqadası idarə edəcək. 

Oyunun baş hakimi Kristo Tohverdir. Oyun zamanı ona Silver Koiv və Sten Klaasen kömək edəcək. Dördüncü hakim funksiyasını isə Karl Kopper yerinə yetirəcək.