Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Macarıstanın Samboteli şəhərindəki beynəlxalq "Savaria" turnirində sonuncu oyununu başa vurub. 

Unikal.org xəbər verir ki, millimiz Çexiya yığması ilə qarşılaşıb. 

Görüş çexiyalı voleybolçuların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Voleybolçularımız ilk oyunda Macarıstan seçməsinə 2:3 hesabı ilə məğlub olublar. Növbəti oyunda Niderlanda qarşılaşan yığmamız 0:3 hesabı ilə uduzub. Beləliklə, seçməmiz turnirdə sonuncu olub.