Əfsanəvi futbolçu Lionel Messi “Camp Nou”da mətbuat konfransı keçirir.

Unikal.org  xəbər verir ki, “Barselona” ilə müqaviləsi başa çatan Messi brifinqdə göz yaşlarını saxlaya bilməyib.

“Uzun illərdir - 13 yaşımdan bəri buradayam. 21 ildən sonra ayrılacağam. Hər şeyə, komanda yoldaşlarıma və bir çox insana minnətdaram. Gəldiyim gündən bu klub üçün hər şeyi etdim. Bu şəkildə vidalaşmağı heç ağlıma belə gətirməzdim. Və azarkeşlərlə vidalaşmadan… Bir il yarım azarkeşləri görmədim, indi isə klubdan ayrılıram. Təəssüf ki, belə oldu. Azarkeşlərin sevgisinə görə minnətdaram”, - deyə Messi duyğularını dilə gətirib.