Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal uğrunda görüşə çıxıb.

Unikal.org-un məlumatına görə, 97 kq çəki dərəcəsində çıxış edən idmançı kubalı Reyneris Salas Pereslə üz-üzə gəlib.

Qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb. Son xal prinsipinə əsasən rəqibinə məğlub olan Şərifov olimpiadada 5-ci olub.