Tokio Yay Olimpiya Oyunlarında son sutka ərzində daha 29 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.

Unikal.org xəbər verir ki, bu barədə avqustun 6-da “Tokio-2020”nin təşkilat komitəsinin saytında yerləşdirilmiş hesabatda bildirilir. Oyunlarla əlaqəli şəxslər arasında koronavirusa yoluxanların ümumi sayı 382 nəfərə çatıb.

Yoluxanlar arasında idmançı yoxdur. Həmçinin, Olimpiya Oyunlarına hazırlığın başladığı gündən - iyulun 1-dən bəri ümumilikdə 570 min nəfərdən test götürüldüyü qeyd edilir.