İngiltərənin "Mançester Siti" klubu futbolçusu Rahim Sterlinqi transferə çıxarıb.

Unikal.org "The Atletic"ə istinadən xəbər verir ki, bu qərar baş məşqçi Xosep Qvardiolanın istəyilə qəbul olunub.

Hücum xəttini yeniləmək niyyətində olan ispaniyalı mütəxəssis ingiltərəli forvardın satılmasına razılıq verib.

Qeyd edək ki, Rahim Sterlinq 2015-ci ildə 63,7 milyon avro qarşılığında "Liverpul"dan "Mançester Siti"yə keçib. Onun "şəhərlilər"lə 2 illik müqaviləsi var.