2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində texnologiya və fiziki tərbiyə fənni üzrə müəllim olmaq istəyən namizədlər imtahan verib.

Təhsil Nazirliyindən Unikal.org-a bildirilib ki, imtahanlara ümumilikdə 2 min 496 namizəd dəvət olunub. Texnologiya fənni üzrə ən yüksək nəticəni Elnurə Mehralıyeva (57 bal), fiziki tərbiyə fənni üzrə isə Emin Sultanzadə (56 bal) göstərib.

Qeyd edək ki, mövcud pandemiya şəraitini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir. Test imtahanı mərhələsi avqustun 2-də başa çatacaq.