Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydası hazırlanıb.

Unikla.org xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” fərmanında əksini tapıb.

Fərmana əsasən, Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydasna əsasən, vəsaitin toplanması və ondan təyinatı üzrə istifadə edilməsi Azərbaycan Respublikası Baş Prokurorluğunun bu məqsədlə açılmış müvafiq xəzinə hesabı vasitəsilə həyata keçiriləcək.