Blits şahmat üzrə “Grand Chess Tour” başa çatıb.
Unikal.org xəbər verir ki, Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan yarışın ikinci günündə şahmatçılar daha 9 turun görüşlərini keçirib.
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün 6 xal toplayıb. O, XV tur çərçivəsində 13-cü dünya çempionu Harri Kasparovla qarşılaşıb. Şəhriyar Azərbaycan şahmatının yetirməsi olan rəqibini bir gün öncə olduğu kimi yenə də məğlub edib.
Ümumilikdə 19 xal toplayan Məmmədyarov turniri 6-cı pillədə başa vurub. Yarışın qalibi adını Maksim Vaşye Laqrav qazanıb. O, 23 xalla hamını qabaqlayıb.
Blits
X tur. Şəhriyar Məmmədyarov - Maksim Vaşye-Laqrav (Fransa) – 0,5:0,5
XI tur. Yan Nepomnyaşi (Rusiya) - Şəhriyar Məmmədyarov – 0:1
XII tur. Şəhriyar Məmmədyarov - Yorden Van Forest (Niderland) – 1:0
XIII tur. Aleksandr Qrişuk (Rusiya) - Şəhriyar Məmmədyarov – 0:1
XIV tur. Şəhriyar Məmmədyarov - Yan-Kşiştof Duda (Polşa) – 1:0
XV tur. Harri Kasparov (Rusiya) - Şəhriyar Məmmədyarov – 0:1
XVI tur. Şəhriyar Məmmədyarov - Anton Korobov (Ukrayna) – 0:1
XVII tur. Şəhriyar Məmmədyarov - Vişvanatan Anand (Hindistan) – 0,5:0,5
XVIII tur. Aniş Qiri (Niderland) - Şəhriyar Məmmədyarov – 1:0
Turnir cədvəli: 1. Maksim Vaşye-Laqrav (Fransa) - 23, 2. Vişvinatan Anand (Hindistan) – 21, 3. Aniş Qiri (Niderland) - 20,5, ...6. Şəhriyar Məmmədyarov (Azərbaycan) - 19.
Şəhriyar Məmmədyarov Harri Kasparova yenə QALİB GƏLDİ
22:12 11-07-2021
İDMAN
Digər Xəbərlər
2024-05-07 14:45:27
2024-05-07 12:14:18
2024-05-07 09:50:00
2024-05-07 09:04:00
2024-05-06 23:30:36
2024-05-06 21:08:30
2024-05-06 20:07:50
2024-05-06 19:45:02
2024-05-06 17:55:08
2024-05-06 17:41:00
2024-05-06 17:40:00
2024-05-06 16:13:44
2024-05-06 15:13:29
2024-05-06 13:28:31
2024-05-06 12:35:17
2024-05-06 11:30:22
2024-05-06 09:18:00
2024-05-06 09:00:42
2024-05-05 23:42:16
2024-05-05 22:38:46