Rusiya ilə münasibətlərdə Ermənistanla Rusiya arasındakı dostluq münasibətləri kontekstindən neqativ nüansların çıxarılması məqsədi ilə məsələlər qaldırılır. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan mayın 7-də keçirdiyi mətbuat konfransı zamanı deyib.

Baş nazir Rusiya prezidenti Vladimir Putinlə sabah planlaşdırılan görüşdən bəhs edib: "Sabah Aİİ Şurasının sessiyasına sədrlik etmək üçün Moskvaya gedəcəyəm, həmçinin Rusiya Federasiyasının prezidenti ilə ikitərəfli görüşüm olacaq. Rusiya ilə gündəm çox müxtəlifdir. Bu müddət ərzində yığılıb qalmış çoxlu problemlər var ki, onlardan bəziləri qaldırılıb. Biz belə hesab edirdik ki, bu məsələlər Ermənistanla Rusiya arasında dostluq münasibətləri kontekstindən neqativ nüansları çıxarmaq məqsədi ilə qaldırılır".

Ağarza Elçinoğlu