Bakı Nəqliyyat Agentliyi Türkiyə-Uels futbol oyununun azarkeşlərini ekspress xət avtobusları ilə daşınmasına başlayıb.

Unikal.org bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, azarkeşlər müəyyən edilmiş yerlərdən Bakı Olimpiya Stadionuna daşınır və bu məqsədlə tələbatına uyğun avtobuslar cəlb olunub. Eyni zamanda təyinat məntəqələrinə yaxın ərazilərdə ehtiyat avtobuslar da hazır vəziyyətdə saxlanılır.