Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Ağdam şəhərinin baş planı təqdim olunub.

Unikal.org xəbər verir ki, dövlət başçısı əvvəlcə Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Prezident İlham Əliyev görüşdə çıxış edib.

Sonra dövlət başçısı şəhərinin bərpasının təməl daşının qoyulması mərasimində iştirak edib, ağac əkib.

***

13:22

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamda Şahbulaq qalasında olub.

Unikal.org xəbər verir ki, dövlətimizin başçısına abidənin yenidənqurma planı təqdim edilib.

***

13:20

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdama səfəri çərçivəsində Qiyaslı məscidində olub.

Unikal.org xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

13:10

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlini qoyub.

Unikal.org xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

12:39

Prezident İlham Əliyev mayın 28-də Ağdama səfəri çərçivəsində Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma mərasimində iştirak edib.

Unikal.org xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.