Türkiyədə koronavirusa yoluxub yenidən sağalan uşaqlarda Hepatit C xəstəliyi aşkar ediblər.
Unikal.org xəbər verir ki, 4-16 yaş arasındakı uşaqlarda görünən bu xəstəlik onların ölümünə səbəb də ola bilər. Bununla bağlı açıqlama verən, Prof. Dr. Mehmet Ceyhan keçən iyul ayından bu yana 62 uşağın yalnız Hacettepe Universiteti Tibb Fakültəsində müalicə edildiyini söyləyib.
Həkim, Hepatit C xəstəliyi uşaqların tənəffüs aparatına, ürək və ağciyərlərə mənfi təsir göstərir. Həmçinin də, saç tökülməsi, bədən dərisinin ağ olması, qarın və kürək nahiyələrində qara ləkələrin əmələ gəlməsi bu xəstəlikdən xəbər verir. "Bir müddət xəstəliyi bəlli etməyən hepatiti vaxtında müalicə etmək lazımdır",-deyə professor bildirib.
Ceyhan 1 il ərzində müraciət edən uşaqlardan yalnız üçünün bu xəstəlikdən dünyasını dəyişdiyini ifadə edib.