2021-ci il fevral ayının 23-də daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat

DİN-in Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 39 cinayətin üstü “isti izlər”lə açılmışdır.   Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunmuşdur.    

Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüşdür. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılmışdır.