Gecədən bu saata qədər Bakıda 24 yol nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

O bildirib ki, yolların buz bağlaması nəticəsində avtomobillər toqquşub:

“Gecə saatlarından kəskin hava şəraiti ilə bağlı nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb. Bəzi küçə və prospektlərdə, enişli-yoxuşlu döngələrdə maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib. Bu saata qədər paytaxtın inzibati ərazisində 24 yol nəqliyyat hadisəsi qeydə alınıb. Ölən və yaralanan olmayıb”.