Gürcüstanda 11 yaşlı qız üçün nişan mərasimi keçirilib.

Unikal.org-un məlumatına görə, nişan mərasimi Gürcüstanın azərbaycanlılar yaşayan Poniçala (Soğanlıq) adlanan ərazisində baş tutub. 

Bir ailənin azyaşlı övladına nişan mərasimi təşkil etdiyi anın görüntüləri sosial şəbəkədə yayılıb. 

1 həftə öncə çəkildiyi deyilən görüntülər insanların narazılığına səbəb olub. Nişan mərasimində 11 yaşlı qızın ailəsi və qohumları da iştirak edib.