Gürcüstan artıq bir sıra ölkələr üçün hava məkanını açıb, ölkəyə giriş rejimini sadələşdirib. Biz artıq quru sərhədlərin açılması barədə düşünürük.

Unikal.org xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava deyib.

Nazir bildirib ki, müntəzəm aviareyslərin bərpası və turizm sektorunun dirçəlməsi üçün ölkədə ilkin mərhələdə kifayət qədər tədbirlər görülüb. Onun sözlərinə görə, növbəti mərhələ quru sərhədləri barədə düşünməkdir ki, bunu mərhələli şəkildə həyata keçirmək lazımdır.

“Biz unutmamalıyıq ki, əgər əcnəbi qonaq yaxın aylarda tətil üçün Gürcüstanı seçəcəksə, əsas amil təhlükəsizlik olacaq. Təhlükəsizlik qaydalarına riayət etmək və yumşalmalara tədricən getməklə nail olmaq mümkündür. Hər yeri açmaq olar, lakin turist cəlb edə bilmərik. Buna görə biz ehtiyatlı davranırıq”, - deyə nazir vurğulayıb.