Şamaxı Rayon Polis Şöbəsinə Məhdud Məsuliyyətli Cəmiyyətlərin (MMC) birinə məxsus elektrik kabellərin rayonun Əngərxan kəndi ərazisindən oğurlanması  barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Şamaxı şəhər sakini Vüqar Həsənov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman  oğurladığı kabellər və iki ədəd şüşə qabda ümumi çəkisi 31 qram olan  narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.