Azərbaycanın Müdafiə Nazirliyi (MN) bir sıra xarici media orqanlarında ölkəmizin 3 şəhərində Türkiyənin aviasiya hərbi bazalarının qurulacağı barədə yayılan xəbərlərə münasibət bildirib.

Unikal.org xəbər verir ki, MN-in Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı  bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir. 

“Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsi siyasətindən kənardır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və 2019-2022-ci illərdə bu hərəkatın sədridir”, - deyə MN rəsmisi vurğulayıb.