Siyəzəndə bədbəxt hadisə baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.

Kənd sakini, 1997-ci il təvəllüdlü Yarıyev Ülvi İsmayıl oğlu dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.