Bakıda avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Unikal.org  DİN-ə istinadən xəbər verir ki, dekabrın 30-da Buzovna qəsəbəsi ərazisindən qəsəbə sakini V.Alıyevə məxsus “Opel” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Avtomobili qaçırmaqda şübhəli bilinən Buzovna qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Səfərov Binə qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun dekabrın 22-də M.Mehralıyevə məxsus “İnfiniti” markalı avtomobili qaçırması da müəyyən edilib. Xəzər RPİ tərəfindən araşdırma aparılır.