Sumqayıt şəhərində yaşayan 41 yaşlı Xanəli Əmirov dekabrın 18-də evdən çıxaraq bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumaya görə, onun əlamətləri belədir: boyu 170 sm., qara saçlı, gözlərinin rəngi qəhvəyidir.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə, həmçinin Sumqayıt ŞPİ-yə (018) 65-4-02-02 şəhər və (055) 970-20-70 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.