Şəmkir rayonu ərazisində “Scania” markalı yük avtomobilinin yanar hissələri və banına yığılan dərman preparatları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.