Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Lənkəran şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən Unikal.org-a bildirilib ki, hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1951-ci il təvəllüdlü Cəlalova Dilarə Fərəc qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.