Abşeron rayonu ərazisində avtomobildən pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində “Hyundai” markalı avtomobildən 10 000 manat oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakinləri Ə.Əliyev və F.Hacıyev müəyyən edilərək saxlanıllblar.