Mingəçevirdə yaşayış binasında yanğın olub.

Unikal.org xəbər verir ki. hadisə axşam saatlarlnda N.Nərimanov küçəsi 40 ünvanında beşmərtəbəli binanın birinci mərtəbəsində baş verib. 

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin iki yanğınsöndürən briqadası cəlb olunub. Yanğın lokallaşdırılıb. 

Yanğın zamanı mənzildə olan və kimliyi hələlik məlum olmayan yaşlı qadın və təxminən 40 yaşlı əlil kişi tüstüdən zəhərləniblər. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.