Bakı şəhər sakinində silah-sursat aşkarlanıb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini R.İsmayılzadə şəhər ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan “MC-21-12” markalı ov tüfəngi və 17 ədəd patron aşkar edilərək götürülüb.