Hollivud ulduzu Tom Kruzun baş rolunu ifa etdiyi "Mission İmpossible 7" filminin çəkiliş meydanında gərgin anlar yaşanıb.

Unikal.org  xarici KİV-nə istinadən xəbər verir ki,  mübahisəyə səbəb Kruzun film heyətini danlaması və nalayiq sözlər söyləməsi olub.

Belə ki, Tom onların koronavirusdan qorunması gəmi kirayələyib. Lakin aktyorların izolyasiya qaydalarına əməl etməmələri aktyoru özündən çıxarıb. Bundan sonra Kruz sonuncu dəfə onlara xəbərdarlıq edib.

“Bir daha izolyasiya qaydalarına əməl etmədiyinizi görsəm, rədd olub gedəcəksiniz. Kimsə dediklərimi etməsə  çəkilişi dayandıracam. İfadələrimə görə də heç birinizdən üzr istəmirəm”- deyə o, bildirib.

Qeyd edək ki, Tom izolyasiya qaydalarına həssaslıqla yanaşır. Çəkiliş boyunca maskadan istifadə edir.